25 Sentyabr 2015 10:40
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Teleqraf.com APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 25-də saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.


Şəki rayonu Baş Zəyzid kənd sakini, 1972-ci il təvəllüdlü Etibar Baxşəli oğlu İbrahimxəlilov idarə etdiyi “VAZ 21074” markalı, 55 BX 035 dövlət nömrə nişanlı minik avtomobilini yolun kənarına aşırıb.


Nəticədə E. İbrahimxəlilov aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Avtomobildə olan sərnişin, sürücünün həmkəndlisi, 1973-cü il təvəllüdlü Vahid Ağaməmməd oğlu Mehdiyev isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Şəki RMX-dan bildirilib ki, V. Mehdiyev reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.


Müəllif: