28 Sentyabr 2015 18:23
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yunayted Kredit Bank” Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Gəncə şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, filialın sabiq müdiri Nərminə Dərgahzadənin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bankın elektron sənəd hesabatlarına yanlış məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib.

Onun Gəncə şəhər sakininin adına rəsmiləşdirilmiş 40 min ABŞ dolları məbləğində pulu mənimsəməsində şübhələr üçün əsaslar olub.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər