30 Sentyabr 2015 12:25
1 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik və odlu silah gəzdirməkdə təqsirləndirilən Ceyhun Baxışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu ilin yanvar ayında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Ceyhun Baxışov yaxalanıb. İttihama görə, Ceyhun Baxışov əvvəllər cinayətə meyilli şəxsləri ətrafına toplamaqla qanunsuz araşdırmalar aparıb. O, özünü cinayətkar aləmin “nüfuzlu şəxsi” kimi təqdim edərək ayrı-ayrı iş adamlarını təhdid edib, qanunsuz olaraq pul yığıb.

Ceyhun Baxışov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah gəzidrmə) və 234.4.1-ci (külli miqdarda narkotik vasitə əldə etmə) maddələri ilə ittiham olunub.

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçrilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ceyhun Baxışov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ceyhun Baxışov kriminal avtoritet kimi tanınır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər