Bakının Nəsimi rayonunda səfirlik əməkdaşının olduğu avtomobil qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun A.Səfərli küçəsi16 ünvanında baş verib.
Bakı şəhər sakini Rüstəm Rüstəmovun idarə etdiyi “Toyota-Camy” markalı və Hindistanın Azərbaycandakı səfirinin köməkçisi Kumar Şarma Pramudunun idarə etdiyi “Hyundai-Accent” markalı avtomobillər toqquşub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Hacı Zeynalov