7 Oktyabr 2015 22:55
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda mağazadan xeyli miqdarda pul oğurlanıb.

Teleqraf.com xəbər verir ki, oktyabrın 2-də Nəsibə Məmmədovaya məxsus mağazadan 13000 rubl, tütün məmulatı, qızıl və gümüş əşyalar, habelə nəzarət kamerasının yaddaş qurğusunu oğurlanıb.

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən rayon sakini Elçin Rəşidov tutulub.

Hacı Zeynalov


Müəllif: