İzmirdə dostunun qətlində şübhəli bilinən şəxs mağarada tapıldı.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı dostu Eyüp Dolunun qətlində şübhəli bilinən 32 yaşlı E.E. polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Çobanlıq edən E.E-nin hadisədən sonra 3 ay ərzində mağarada yaşadığı məlum olub. O, ərzaq almaq üçün getdiyi yanacaq doldurma məntəqəsində tutulub.
E.E. ifadəsində mərhumu çayxanada mübahisə etdikləri zaman bıçaqladığını etiraf edib.
Hadisə ilə bağlı istintaq davam edir.
Rüstəm