12 Oktyabr 2015 13:53
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda quldurluq hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Qabil Abdullayev Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə müraciət edərək, bildirib ki, oktyabrın 10-da Sabunçu qəsəbəsində quldurluqla üzləşib.

Şikayətçi qeyd edib ki, paytaxt sakini İsmayıl Rüstəmovun idarə etdiyi “VAZ-2104” markalı avtomobildə sərnişin qismində gedərkən “VAZ-2107” markalı avtomobillə qarşısının kəsilib. Avtomobildən düşən iki nəfər naməlum şəxs Qabil Abdullayevi bıçaqla hədələyərək 753 manatını və mobil telefonunu alıb. Cinayəti törədənlər hadisə yerini tərk edib.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “VAZ-2107” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakinləri Rövşən Hüseynov tutulub, sərnişini isə müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: