Bakının Qaradağ rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini, 1995-ci il təvəllüdlü Mehriban Hüseynovadan 3 kiloqramdan artıq qurudulmuş marixuana götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Hacı Zeynalov