Bakının Nərimanov rayonunda intihara cəhd olub. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Ə.Rəcəbli küçəsi, ev 76 ünvanı qarşısında baş verib.
Məlumata görə, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Qabil Məmmədov essensiya turşusu içərək intihara cəhd edib. O, zəhərlənmə diaqnozu ilə Toksikologiya mərkəzinə gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov