13 Oktyabr 2015 13:14

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi olub.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Valeh Hüseynov saxlanılıb.

O, sentyabrın 8-də Q.Qarayev prospektində Bakı şəhər sakini Fərhad Poladovu və sentyabrın 11-də Şərifli küçəsində Elnur Abbasovu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...