Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Şəmkir rayon sakini, 1980-ci il təvəllüdlü Rövşən Çobanov bıçaqlanıb.
O, çənə nahiyəsinin kəsilmiş yarası diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib.
Hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri görülür.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi başlanıb.
Hacı Zeynalov