15 Oktyabr 2015 00:25
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsindən İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə təqsirli bilinən Nərgiz Cəfərova, Güllü Atakişiyeva və Elçin Mehdiyev cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib. Dövlət ittihamçısı Nərgiz Cəfərovanın 10 il 6 ay, Güllü Atakişiyevanın 9 il 6 ay, Elçin Mehdiyev isə 6 il 6 ay müddətinə azadlıq məhrum edilməsini məhkəmədən tələb edib.

Daha sonra Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışları ediblər. Onlar müdafiə etdikləri şəxslərə daha yüngül cəzanın verilməsini xahiş ediblər.

Məhkəmə prosesi oktyabrın 21-də davam edəcək.

Təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 29, 234.4.1 və 29, 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etməyə, daşıma, saxlama və ya satma,), 234.4.1-ci, 234.4.2 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə ittiham edilirlər.

İlkin ifadələrində külli miqdarda narkotik maddə- heroini İrandan istintaq məlum olmayan şəxsdən alaraq sərhədi qanunsuz keçərək Bakıya gətirdiklərini bildirib. Onlar Cəlilabad rayonundan narkotik maddə - heroini Nərgiz Cəfərovaya məxsus İnfiti İX-35 markalı avtomobillə Bakıya gətirdiklərini etiraf ediblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər