15 Oktyabr 2015 10:35
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda kafedə kütləvi dava olub.

Teleqraf.com xəbər verir ki, hadisə Salyan şosesi, 42 ünvanında yerləşən kafedə baş verib.

Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Nizaməddin Nəsir oğlu Əsədova məxsus kafedə 3 nəfər naməlum şəxs spirtli içki içəndən sonra mübahisə ediblər. Daha sonra onların mübahisəsi münaqişəyə çevrilib. Dava zamanı həmin şəxslər kafenin stol-stullarını, həmçinin sintezatoru sındırıblar.

Kafe sahibi baş vermiş hadisə ilə bağlıç Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə müraciət edib. Hazırda polis kafedə dava salanların kimliyini müəyyən etməsi üçün tədbirlər görürlər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər