15 Oktyabr 2015 11:36
1 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki rayon sakini Samirə İsayeva barəsində rüsvayedici məlumatlar yayan həmkəndlisi Eldar Əliyevi (yazıda adı hallanan şəxslərin ad və soyadları şərti göstərilib) məhkəməyə verib.


Teleqraf.com xəbər verir ki, Samirə İsayevanın Şəki Rayon Məhkəməsinə ünvanlandığı iddia ərizəsində göstərib ki, Eldar Əliyev onun barəsində kənd sakinləri arasında rüsvayedici məlumatlar yayıb. O, bildirib ki, həmin məlumatlar həqiqətə uyğun deyil.

Pozğun, fahişə ittihamı


Samirə İsayevanın sözlərinə görə, Eldar Əliyev onun pozğun, qızının fahişə olduğunu, ərindən pozğunluğa görə boşandığını kənd sakinləri arasında danışıb: “Belə yalan məlumatlar yaymaqla Eldar Əliyev məni kənd sakinləri arasında hörmətdən salmağa çalışıb. Onun barəsində ciddi tədbir görülməsini istəyirəm”.


5 min manat cərimə tələbi

Samirə İsayeva məhkəməyə göndərdiyi məktubunda daha sonra qeyd edib ki, Eldar Əliyev yaydığı məlumatları təkzib etməlidir.Samirə İsayeva bildirib ki, Eldar Əliyevin hərəkətlərindən mənəvi sarsıntı və iztirab keçirib. Buna görə də o, məhkəmənin qərarı ilə Eldar Əliyevdən 5 min manat tutulmasını və ona ödənilməsini istəyib.

“Hər gün evə kişi gətirir”

Samirə İsayeva məhkəmə istintaqı zamanı iddia ərizəsini daha da genişləndirib. O, əlavə olaraq iddia ərizəsində göstərib ki, Eldar Əliyev yenidən onun barəsində daha da çox rüsvayedici məlumatlar yayıb.
Eldar bu dəfə kənd sakinləri arasında bildirib ki, Samirə onunla cinsi əlaqədə olmaq istəyir. Eldar isə Samirənin onunla cinsi əlaqədə olmaq təklifindən imtina edib. O, həmçinin deyib ki, Samirə İsayeva hər gün evinə kişi gətirir, o, evində kişi müştəriləri ilə görüşərək, pul qazanır.

4500 manat təzminat

Samirə İsayeva əlavə olaraq Eldar Əliyevdən 400 manat cərimə ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini istəyir.

Samirə İsayevanın şikayəti Şəki Rayon Məhkəməsində araşdırılıb. Məhkəmə onun şikayətini təmin edib. Belə ki, Eldar Əliyevin Samirə İsayevaya 4500 manat təzminat ödəməsi barədə qətnamə qəbul edilib.
Məhkəmənin çıxardığı qətnamədən Eldar Əliyev apelyasiya şikayəti vermək müddətini ötürüb. O, apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsi məqsədilə Şəki Rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Məhkəmə Eldar Əliyevin ərizəsinə müsbət cavab verib və ona apelyasiya şikayəti verməsinə icazə verilməsi üçün ərizə mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya instansiyasında işə hakim Elçin Hüseynovun sədrlik etdiyi kollegiyada baxılıb.

Eldar Əliyev apelyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin çıxardığı 4500 manat miqdarında cərimə cəzasının ləğv edilməsini istəyib. Məhkəmə heyəti Eldar Əliyevin şikayətini əsaslı hesab edib. Məhkəmə mülki şikayəti dayandırıb və işin yenidən Şəki Rayon Məhkəməsində baxılmasına qərar verilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər