Bakının Xətai rayonunda 27 yaşlı qız döyülüb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Nobel prospekti, 12 ünvanını qarşısında baş verib.
Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Türkanə Nağı qızı Nağıyeva naməlum şəxs tərəfindən döyülüb. Ona xəstəxanada tibbi yardım göstərilib.
İlkin dindirilmə zamanı məlum olub ki, Türkanə Nağıyeva sevdiyi oğlan tərəfindən döyülüb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov