Bakının Sabunçu rayonunda şadlıq evlərindən birində bir nəfər qarət edilib.
Teleqraf.com xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsində yerləşən “Ülvi” şadlıq sarayında baş verib.
Nərimanov rayon sakini Pərviz Əliyev şadlıq sarayında keçirilən toyda olduğu zaman özünə məxsus “Samsunq Galaxy” markalı mobil telefonu oğurlanıb. O, baş verən oğurluq hadisəsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə şikayət edib.
Hazırda cinayəti törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri görülür.
Hacı Zeynalov