17 Oktyabr 2015 19:44
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Quba yolunun 40-cı km-də yol-nəqliyyat qəza hadisəsi baş verib. Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.


Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, “Fiat” markalı minik avtomobili “Ford” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə “Fiat” markalı minik avtomobilində olan sərnişin hadisə yerində vəfat edib.

Şəxsiyyəti məlum olmayan sərnişinin cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Müəllif:

Oxşar xəbərlər