19 Oktyabr 2015 12:20
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda məktəblilər arasında kütləvi dava olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb.

Həmin qəsəbədə yerləşən bir neçə məktəbli arasında mübahisə yaranıb. Mübahisə zamanı həmin məktəbin şagirdi, 199-cu il təvəllüdlü Namiq Babayev sinif yoldaşları – Mustafa və İlkin adlı şəxslər tərəfindən döyülüb.

Namiq Babayevin atası Şaiq Babayev məktəbdə baş verən insidentlə bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinə şikayət edib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: