Bakının Nəsimi rayonunda intihara cəhd hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Cavadxan küçəsi, 1 ünvanında yerləşən sanitar qovşağında baş verib.
Lənkəran rayon sakini, 1998-ci il təvəllüdlü Ellaza Əkbərova sirkə turşusu içərək özünü öldürmək istəyib. O, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Ona tibbi yardım göstərilib.
Vəziyyəti ağır olduğu üçün onu dindirmək mümkün olmayıb. Buna görə də 17 yaşlı qızın hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov