Lənkəran rayonunda qətl hadisəsi törədilib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Girdəni kəndində qeydə alınıb.
Kənd sakini Zahir Əsgərov münaqişə zəminində avtomat silahdan açdığı atəşlə həmkəndlisi Müşfiq Abdullayevə xəsarət yetirib və M.Abdullayev hadisə yerində ölüb.
Lənkəran polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əsgərov tutulub, hadisəni törədərkən istifadə etdiyi “AK-74” markalı silah götürülüb.
Hacı Zeynalov