Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Səbuhi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin noyabrın 20-də saat 01 radələrində Abşeron rayonunun Xocəsən qəsəbəsində Salyan şəhər sakini Səbuhi Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini Vilayət Vəliyevə məxsus “VAZ-2104” və Sabirabad rayon sakini Teymur Həsənova məxsus “BMW” markalı avtomobillərə vurub.
S.Məmmədov və T.Həsənov xəstəxanaya yerləşdirilib. T.Həsənov ölüb, S.Məmmədova ilkin tibbi yardım göstərilib. Istintaq araşdırması zamanı yol qəzasının törədilməsində Səbuhi Məmmədov təqsirli bilinib.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Səbuhi Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov