26 Oktyabr 2015 09:05
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qudyalçay çayının, Xaçmaz rayonu ərazisindən keçən hissəsində "VAZ" markalı minik avtomobili "QAZ" markalı yük avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalaraq xəsarət alan sürücü və 2 nəfər sərnişini avtomobildən çıxarılmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 02:40-da başa çatıb.


Müəllif: