26 Oktyabr 2015 10:48
884
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaxda sürücünün idarəetməni itirməsi ilə ağaca çırpılan avtomobil yanmağa başlayıb.
Report-un məlumatına görə, hadisə Qax-Qorağan yolunun 2-ci kilometrliyində rayonun Meşəbaş kəndi ərazisindən keçən hissəsində baş verib. Şəki rayon sakini 25 yaşlı Tərlan Fərhad oğlu Cəbrayılov Şəki-Zaqatala istiqamətində idarə etdiyi 90-TZ-735 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi ilə yolun kənarında yerləşən bir neçə ağaca çırpılıb. Hadisə nəticəsində avtomobildə yanğın baş verib.Yanan avtomobildən sürücü Tərlan Cəbrayılov yanıq xəsarətləri alıb.
Avtoqəzanın baş verdiyi əraziyə Qax Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.Yanıq xəsarətləri alan sürücü isə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkim Vəli İsaqovun verdiyi məlumata görə, sürücünün hər iki qolu, baş-boyun və gövdənin arxa səthi 2-ci, 3-cü dərəcəli yanıb. Xəstənin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Qəzanın baş verməsinə ilkin ehtimal olaraq yüksək sürət, havanın çiskinli olması və yolun sürüşkənliyi göstərilir.
Faktla bağlı Qax rayon polis şöbəsində araşdırma aparılır.

Müəllif:

Oxşar xəbərlər