26 Oktyabr 2015 12:33
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda evdən oğurluq edən şəxslər həbs edilib.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, oktyabrın 22-də Buzovna qəsəbəsi H.İsgəndərov küçəsində yaşayan 1968-ci il təvəllüdlü İlqar Həsənovun evindən, pəncərənin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1994-cü il təvəllüdlü Eldar Allahverdiyev və 1996-cı il təvəllüdlü Şamil Nəsibov tutulub.

Onlar Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Hacı Zeynalov


Müəllif: