Göyçay rayonunun Hacalı kənd sakini Oqtay Osmanova məxsus mağazaya gəlmiş şəxsiyyəti məlum olmayan 3 nəfər ona saxta 20 manatlıq əsginas verərək ərzaq məhsulları alıb.
Teleqraf.com xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini Abdulla Abdullazadə, Şükür Gözəlov və Bakı şəhər sakini Müşfiq Zalov tutulublar.
A.Abdullazadənin Hacalı kəndində yaşayan əmisi Zahir Abdullayevin həyətyanı sahəsinə baxış zamanı 16 ədəd saxta 20 manatlıq əsginas aşkar edilərək götürülüb.
Hacı Zeynalov