Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Mənsum Bayramovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Mənsum Bayramovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə iclası noyabrın 3-də davam edəcək.
Qeyd edək ki, Mənsum Bayramov bir müddət əvvəl saxlanılıb. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilir.
Hacı Zeynalov