3 Noyabr 2015 16:49
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda qətl hadisəsi törədən həbs edilib.

Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Nizami kəndindəki çayxanada qeydə alınıb.

Kənd sakini Rəşad Babayev münaqişə zəminində orada işləyən 23 yaşlı Həsən Həsənova bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş Həsən Həsənov orada ölüb.

Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəşad Babayev tutulub.

Hacı Zeynalov


Müəllif: