6 Noyabr 2015 12:36
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müdafiə nazirlinin keçmiş müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.

Teleqraf.com xəbər verir ki, Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində 2000-2009- cu illərdə Müdafiə Nazirliyinin Mənzil-Istismar Idarəsinin rəisi olmuş Mehman Hacalıyev ifadə verib. O, ifadəsində Mehman Səlimovu tanıdığını bildirib: “Mehman müəlim nazir müaviniz olub. Mən idarədə rəis olan dövrdə Mehmanın direktoru olduğu “STJ” MMC 6 müqavilə bağlamışıq. Ilk müqaviləmiz Yaşmada olan hərbi hissədə olub. Ilk olaraq biz “Metrotunel” müqavilə bağlamışdıq. Onlar iş görmədilər. Müqavilə ləvğ edildi. Həmin firmanı məhkəmə versək də, hər 3 instasiyada məğlub olduq. Sonra müqavilənin Mehman müəllimlə bağladıq. Sifariş verdiyimiz obyektlər mən olan dövrdə gec də olsa təhvil verildi. Gecikmələrlə bağlı şifahi yazılı şəkildə xəbərdarlıq eləmişdik. Mən o vaxt Səfər Əbiyevə gecikmələrlə bağlı məruzə eləmişəm. Sadəcə o, özü Mehman müəllimlə danışacağı problemi həll edəcəyini bildirdi. Obyektlər mən olan dövrdə təhvil verilib”.

Daha sonra hakim bildirib ki, digər şahidlər barəsində məcburi gətirilmə ilə bağlı müraciət olunsa da məhkəməyə gəlməyib. Hakim şahidlərin məhkəməyə gətirilməsinin təmin edilməsi üçün Daxili İşlər Nazirliyinə birbaşa müraciət olunacağını deyib.

Hakim həmçinin Müdafiə Nazirliyinə iki zabitlə bağlı müraciət olunduğu qeyd edib. Hakimin sözlərinə görə, Müdafiə nazirliyi həmin zabitlərin məhkəməyə gətirilməsinə köməklik göstəriləyəcini qeyd edib.
Məhkəmə prosesi noyabrın 13-də davam edəcək.

Hacı Zeynalov


Müəllif: