17 Noyabr 2015 11:29
1 519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əxlaqsızlıq yuvası saxlamaqda təqsirli bilinərək həbs edilən Maral Tahirqızının kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə Maral Tahırqızının Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından verdiyi kasasiya şikayəti üzrə dinləmə olub.

Aparılan dinləmədən sonra hakim heyəti Maral Tahırqızının kasasiya şikayətinin təmin etməyib və Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsində, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Maral Tahirqızı apelyasiya şikayətinə istintaq aparılmadan baxılmasını istəmişdi. Bu səbəbdən Maral Tahırqızının müdafiəçisi apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə baxılması üçün Ali Məhkəməyə kasasiya şikayəti vermişdi.

Maral Tahirqızı Cinayət Məcəlləsinin 244.2.1-ci (təkrar olaraq əxlaqsızlıq yuvaları təşkil etmə) maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıdan məhrum edilib. Maral Tahirqızı məhkəmə zalında həbs olunub.

Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində başlanmış Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hacı Zeynalov


Müəllif: