17 Noyabr 2015 15:15
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda iki qardaş itkin düşüb.

Teleqraf.com xəbər verir ki, Qızıldaş qəsəbəsində yaşayan 2000-ci il təvəllüdlü Çingiz Baloğlan oğlu Tapdıqov və onun qardaşı, 2007-ci il təvəllüdlü Asif evdən gediblər.

Tapdıqov qardaşları noyabrın 11-də, saat 15.00-da evdən çıxıblar və bir daha onların valideynləri ilə əlaqələri olmayıb. Bundan sonra iki qardaşın itkin düşməsi ilə bağlı Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsinə müraciət edilib.

Hacı Zeynalov


Müəllif: