19 Noyabr 2015 10:15
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda intihara cəhd olub.

Teleqraf.com-un Qarabağ bölgəsi üzrə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Bərdə şəhər S.Zöhrabbəyov 4 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Səfərov Mürşüd Raquf oğlu özünü asaraq intihar etmək istəyib. Ailə üzvlərinin cəld reaksiyasından sonra Mürşüdün boyunundan ipi kəsiblər və o dərhal rayon xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, Mürşüd Səfərova ilkin tibbi yardım göstərilib. Vəziyyəti orta ağırdır.

Xalid Salmanbəyli


Müəllif: