20 Noyabr 2015 17:20
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda 27 yaşlı oğlan intihara cəhd edib.

Teleqraf.com xəbər verir ki, hadisə Ə.Rəcəbli küçəsi, ev 34, mənzil 38-də qeydə alınıb.

1988-ci il təvəllüdlü Səbuhi Tahir oğlu Sofin yaşadığı evdə intihara cəhd edib. O, bıçaqla qol və qarin nahiyyələrinə xəsarət yetirib. 27 yaşlı oğlan ailə üzvləri tərəfindən öz otağında qan içində aşkarlanıb.
Səhbuhi Sofin təcili olaraq Kliniki Tibbi Mərkəzə gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: