25 Noyabr 2015 12:31
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə şahid qismində “Turan” İnformasiya Agentliyinin əməkdaşı Fərid Qəhrəmanov, siyasi şərhçi Azər Rəşidoğlu ifadə verib.

Məhkəmə prosesi dekabrın 2-də davam edəcək.

Qeyd edək ki, Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Hacı Zeynalov


Müəllif: