1 Dekabr 2015 14:59
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməyə cəhd etməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü İmran Sultanovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Hakimlər kollegiyası müşavirəyə gedərək hökm oxuyub. Hökmə əsasən İmran Sultanov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il mayın 25-də Sabunçu rayonu Maştağa qəsəbəsi Ləhic bağları adlanan yerdə qeydə alınıb. Əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Sultanov İmran Məmmədəli oğlu öldürmək məqsədi ilə tüfənglə qardaşı Tərlan İmranova atəş açıb. Tərlan Sultanov xəstəxanaya çatdırılıb.

Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Polis əməkdaşların əməliyyat-axtarış tədbirləri nəticəsində İmran Sultanov saxlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər