Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul dövriyyəsində təqsirləndirilən Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüldü Anar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Anar Əliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Anar Əliyev ötən il Sumqayıt şəhər polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış zamanı 59 ədəd saxta 100 manatlıq əskinas aşkarlanaraq götürülüb.
Hacı Zeynalov