Bakının Xəzər rayonunda mağazadan oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən mağazada qeydə alınıb.
Mağazanın müşahidə kamerasına düşən oğurluq edən şəxsin 2005-ci il təvəllüdlü T.H.-də olduğu müəyyən edilib. Mağaza sahibi Roman Abdullayev Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, 10 yaşlı qız mağazadan 3 manat dəyərində şirniyyat oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov