4 Dekabr 2015 12:54
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda mağazadan spirtli içki oğurlanıb.

Teleqraf.com xəbər verir ki, oğurluq hadisəsi rayonun Buzovna qəsəbəsində qeydə alınıb.

Qəsəbədə yerləşən “Araz” marketdən 162 manat dəyərində 1 ədəd spirtli içki oğurlanıb. Mağaza sahibi Zaur Rzayev oğurluq hadisəsinin baş verməsi ilə bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinə ərizə ilə müraciət edib.

Hazırda oğurluq edən şəxsin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri görülür.

Hacı Zeynalov


Müəllif: