7 Dekabr 2015 14:57
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz satışında və istifadəsində təqsirləndirilən Azərbaycan vətəndaşları Əlirza Amanbəyli, Bəhram Əliyev və Türkiyə vətəndaşı Fer Adil Yavuzun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Əlirza Amanbəyli narkotik vasitələrin satışı ilə məşğul olub. O, şərti alıcıya narkotik vasitəni satan zaman əməliyyatçılar tərəfindən həbs edilib. Onun üzərinə baxış keçirərkən özü könüllü olaraq 1 büküm narkotik vasitəni təhvil verib.

Səhəri gün əməliyyatçılar Bakıxanov qəsəbəsində Bəhram Əliyevi həbs edib. Bəhram deyib ki, narkotiki Türkiyə vətəndaşı Fer Adildən alıb. Polis Fer Adili də saxlayıb. O narkotik vasitəni Hollandiyadan internet vasitəsilə aldığını etiraf edib.

Bakı Ağır Cinayətlər Məhkəməsiin hökmü ilə Fer Adil 5 il, Əlirza Amanbəyli 3 il, Bəhram Əliyev 1 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsuirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində daha yüngül cəzanın təyin edilməsini istəyiblər.

Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.

Qeyd edək ki, Bəhram Əliyev musiqi ifaçısı olub. Onu da qeyd edək ki, Əlirza Amanbəyli bir müddət Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin müavini vəzifəsində çalışıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər