Bakının Sabunçu rayonunda dəhşətli cinayət hadisəsinin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azad Rəcəbliyə xəsarət yetirmiş Bakı şəhər sakini İsa Süleymanov tutulub.
Qeyd edək ki, hadisə rayonun Muxtarov qəsəbəsi, Bedniy küçəsində yerləşən yeni tikilidə baş verib. 1992-ci il təvəllüdlü Azad Rəcəbli naməlum şəxs tərəfindən əvvəlcə qarın nahiyyəsindən bıçaqlanıb. Həmin şəxs daha sonra Azad Rəcəblinin boynunu da kəsib. O, ağır xəsarətlə 3 saylı şəhər xəstəxanasına gətirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün Azad Rəcəblinin həyatını xilas etmək mümkün olub. O, hazırda xəstəxananın reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır olduğundan dindirmək mümkün deyil.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov