9 Dekabr 2015 17:39
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qobustanın sabiq icra başçısı Alışov Rafiq Şıxməmməd oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Mayl Byaramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Onun barəsində seçilmiş ev dustaqlığı dəyişdirələrək həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib.

Məhkəmə baxışı dekabrın 18-ə təyin edilib.

Qeyd edək ki, Rafiq Şıxməmməd oğlu Alışov Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 1994-2001-ci illərdə işləyib. Ona Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda zərər vurmaqla özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) ilə ittiham verilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər