10 Dekabr 2015 13:58
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bu ilin yayında Mərdəkan dəniz çimərliyində oğurluq edən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 16-da Mərdəkan dəniz çimərliyində Fuad Abdullayevə və Müseyib Eyvazova məxsus pul və mobil telefon oğurlamış Binə qəsəbə sakini İbrahim Abdullayev tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin vaxt daha 4 nəfərə məxsus pul və mobil telefonları oğurlaması da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: