Bakının Sabunçu rayonunda 22 yaşlı oğlan itkin düşüb.
Teleqraf.com xəbər verir ki, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsində olan yeni tikililərdən birində yaşayan 1993-cü il təvəllüdlü Xanlarov Orxan Səbuhi oğlu yoxa çıxıb.
Orxan Xanlarov dekabrın 9-da, səhər saat 10.00-da evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun atası Səbuhi Xanlarov oğlunun itkin düşməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə ərizə ilə müraciət edib.
Hazırda 22 yaşlı oğlanın tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində işlər görülür.
Hacı Zeynalov