11 Dekabr 2015 15:05
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda yaşayış evinə basqın edilib.

Teleqraf.com xəbər verir ki, Xoşçobanlı kəndində yaşayan Atlas Həsənovanın evinə açıq qalmış qapıdan girmiş maskalı şəxs onu bıçaqla hədələyib, pul verməsini tələb edib.

Həmin şəxs ev sahibinin qulağındakı sırğanı almağa cəhd göstərib, müqavimətlə rastlaşdığından Atlas Həsənovanın qol nahiyəsinə bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakini Sirac Həsənli tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər