11 Dekabr 2015 15:27
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli-miqdarda oğurluqda təqsirləndirilən Yevlax rayon sakini Kənan Bəkirov və Səbinə Abdinovanin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Kənan Bəkirov 9 il, Səbinə Abdinova isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il aprelin 15-də Nağı Abdinovun evindən 90000 manat oğurlamış Yevlax rayon sakini Kənan Bəkirov tutulub.

Araşdırmalar zamanı məlum olub ki, Kənan Bəkirov bu pulu Nağı Abdinovanın həyat yoldaşı Səbinə Abdinovadan alıb.

Belə ki, Səbinə Abdinova ilə Kənan Bəkirov arasında sevgili münasibətləri olub. Səbinə Abdinova əri Nağı Abdinovun pullarını götürərək sevgilisinə verib. Qadın hətta sevgilisinə ərinin pulu ulu ilə 25 min manata “Range Rover” markalı avtomobil də alıb.

Onu da xatırladaq ki, Kənan Bəkirov da evli olub. Onun 4 azyaşlı övladı var. Səbinə Abdinovanın isə 2 övladı olub.

Onlar Cinayət Məcəlləsinin 177.3.2 ( külli miqdarda oğurluq) maddəsi ilə ittiham olunublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər