Bakının Nizami rayonunda ölüm hadisəsi baş verib.
Nizami Rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, dekabrın 10-da paytaxtın Nizami rayonunun M.Hadi küçəsindən 50-55 yaşlı kişi xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilə də, həyatını xilas etmək mümkün olmayıb.
Həmin şəxsin üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Onun hansı səbəbdən öldüyü məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.
Hacı Zeynalov