11 Dekabr 2015 17:18
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayon sakini özünü odlu silahla vurub.

Teleqraf.com-un Qarabağ bölgəsi üzrə müxbiri xəbər verir ki, hadisə Quzanlı qəsəbəsində qeydə alınıb.

Ağdam rayon Şotlanlı kənd sakini, 1986-cı il təvəllüdlü Aslanov Emin Elxan oğlunun öQuzanlı qəsəbəsi 137 saylı evdə silahla özünə xəsarət yetirdiyi bildirilir.

E.Aslanov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, oradan isə yaxınlıqda yerləşən Hərbi Hospitala aparılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Onun intihara cəhd etdiyi ehtimal olunur.

Məcburi köçkün olan E. Aslanov Quzanlı qəsəbəsində məskunlaşıb.

Xalid Salmanbəyli


Müəllif:

Oxşar xəbərlər