Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirli bilinən Esmira Seyidovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Esmira Seyidova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Esmira Seyidova Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən həbs edilib. İttihama görə, Esmira Seyidova azərbaycanlı qadınları xarici ölkələrə aparıb və orada cinsi istismara məruz qoyub.
Hacı Zeynalov