Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Cavadxan küçəsində qeydə alınıb.
Naməlum şəxs Bakı şəhər sakini Aytən Hüseynovaya zor tətbiq edərək, içərisində 80 manatı və sənədi olan çantasını alıb.
Çevik Polis Alayı və Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Ağayev tutulub.
Hacı Zeynalov