22 Dekabr 2015 13:51
1 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi paytaxtda 6 nəfəri güllələyən şəxsin kimliyini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

“Zeytə” restoranının qarşısında Bakı şəhər sakini Məhərrəm Əliyev və Samir adlı şəxs qəsəbə sakinləri Ədalət Həsənov, oğlu Orxan, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim Kərimov və Rafiq Kərimovla mübahisə etdikdən sonra M.Əliyev “Vinçestr” markalı tüfəngdən atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarəti yetririb hadisə yerini tərk ediblər.

Yaralılara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Qeyd edək ki, Lökbatandakı atışma ilə bağlı cinayət işi açılıb. Bakı şəhər prokurorluğunun yaydığı məlumata görə, faktla bağlı Qaradağ rayon prokurorluğunda 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib. Hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.

Qeyd edək ki, dekabrın 21-də, gecə saatlarında Bakının Lökbatan qəsəbəsində yerləşən “Zeytə park” adlanan restoranda atışma nəticəsində ən azı 6 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır.

1 saylı Şəhər Kliniki Xəstəxanasından bildirilib ki, hadisə nəticəsində xəsarət almış 5 nəfər xəstəxanaya gətirilib. Onlardan 2-si artıq buraxılıb, 1-i başqa xəstəxanaya köçürülüb, 2-si isə hazırda xəstəxanada müalicə alır. Onların vəziyyətinin sabit olduğu qeyd olunub. Hadisə nəticəsində Ədalət Həsənov və iki azyaşlı oğlu - Orxan və Nazim Həsənovlar, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyev güllə yarası alıblar.

İlkin məlumata görə, xəsarət alanlar Lökbatan qəsəbəsindəki “Zeytə park” restoranında ad günü məclisində olublar. Restoranın iki müştərisi ilə ad günü mərasimi iştirakçıları arasında mübahisə yaranıb. Bundan sonra hələlik adları açıqlanmayan iki nəfər silaha əl atıb və atəş açıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisənin əsas iştirakçısı, 1985-ci il təvəllüdlü Məhərrəm Əliyev müəyyən edilib. Amma onun həbs edilməsi hələki mümkün olmayıb. Məhərrəm Əliyev və hadisənin digər iştirakçılarının tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər