Polisin yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar aşkar edilməsi istiqamətində əməliyyatı davam edir.
Teleqraf.com xəbər verir ki, növbəti belə bir əməliyyatı Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən keçirilib.
Abşeron və Qaradağ rayonları ərazilərindəki mağazalarda satıcı işləyənlər - Naib Əsədullayevdən, Cavid Fərəcovdan və Ramil Quliyevdən ümumilikdə 10632 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar aşkar edilərək götürülüb.
Hacı Zeynalov